Ermənistan yığması 2026-cı il dünya çempionatının seçmə mərhələsinin 4-cü turunda İrlandiya komandasına 0:1 hesabı ilə uduzub. İkinci hissədə Ermənistan millisinin kapitanı qeyri-idman hərəkətinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.
İnterpress.az xəbər verir ki, Ermənistan milli komandasının baş məşqçisi Eqişe Melikyan İrlandiya ilə keçirilən oyundan sonra komandasının məğlubiyyətini şərh edib.
O bildirib ki, görüşün nəticəsinə əsas təsir edən məqam kapitan Tiqran Barseqyanın meydandan qovulması olub.
“Bu, Tiqran Barseqyanın və eyni zamanda mənim səhvim idi. Azarkeşlərimiz bizdən xal gözləyirdi, lakin iki oyunda bunu müxtəlif səbəblərdən bacarmadıq. Hər halda komandamla qürur duyuram”, – Melikyan jurnalistlərə açıqlamasında bildirib.
Xuraman Etibarlı
İnterpress.az






