Ermənistanda İrandan gətirilən 12 kiloqrama yaxın narkotikanın qarşısı alınıb.
İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Ermənistan Daxili İşlər Nazirliyinin əməkdaşları Milli Təhlükəsizlik Xidməti ilə birgə həyata keçirdikləri əməliyyat nəticəsində İrandan ölkəyə 12 kiloqrama yaxın narkotik vasitənin gətirilməsinin qarşısını alıblar.
Əməliyyat zamanı 35 və 43 yaşlı iki erməni və 39 yaşlı bir əcnəbi saxlanılıb.
Sonradan hadisə ilə əlaqədar daha bir nəfər də tutulub. Ümumilikdə dörd nəfər barəsində həbs qətimkan tədbiri seçilib.
Xuraman Etibarlı
İnterpress.az






