Avstraliyada akula 14 yaşlı oğlana HÜCUM ETDİbackend

Avstraliyada akula 14 yaşlı oğlana HÜCUM ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avstraliyada akula 14 yaşlı oğlana hücum edib.

İnterpress.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Avstraliyanın Kvinslend ştatında, Törsdey adası sahillərində akula 14 yaşlı yeniyetməyə hücum edib.

Hadisə oktyabrın 11-i axşam baş verib, bir qrup gənc balıq tutmaq üçün adaya gedib.

Məlumata görə, oğlan suya girdiyi anda akula ona hücum edib. Onun dostları tərəddüd etmədən dərhal suya atılaraq yaralı gənci sahilə çıxarıblar.

Xilasedicilər hadisə yerinə tez çatıb. Yeniyetmə qarın nahiyəsindən ağır yaralanmış vəziyyətdə helikopterlə xəstəxanaya aparılıb və təcili əməliyyat olunub.

Həkimlərin sözlərinə görə, onun vəziyyəti stabil, lakin ağır olaraq qalır.

Xuraman Etibarlı

İnterpress.az