Rutte: Aİ–Moldova əməkdaşlığı var, amma Putinə artıq məlumat verməyə dəyməz – VİDEObackend

Rutte: Aİ–Moldova əməkdaşlığı var, amma Putinə artıq məlumat verməyə dəyməz – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aİ ilə Moldova arasında sıx əməkdaşlıq var, amma Putinə əlavə məlumat verməyə ehtiyac yoxdur.

İnterpress.az xəbər verir ki, bnu NATO-nun baş katibi Mark Rutte deyib. Rutte Aİ ilə Moldova arasında yaxın əməkdaşlıq münasibətlərinin mövcudluğunu təsdiqləyib, lakin detallara varmaq istəmədiyini bildirib.

Ruttenin sözlərinə görə, bunun səbəbi Rusiya prezidenti Vladimir Putinin onun çıxışlarını izləməsidir, buna görə də “ona artıq məlumat verməyə ehtiyac yoxdur”.

Eyni zamanda, NATO baş katibi qeyd edib ki, rus rəsmilərinin bəyanatlarını həddindən artıq ciddi qəbul etməyə dəyməz.

Xuraman Etibarlı

İnterpress.az