Tramp Çinə 500% rüsum tətbiq etməyə hazırdır.
İnterpress.az xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent məlumat verib.
ABŞ prezidenti Donald Trampın Çin mallarına qarşı 500%-lik gömrük rüsumları tətbiq etməyə hazır olduğu bildirilir.
Məlumata görə, 100 senatorun 89-u artıq belə tədbirləri dəstəkləyir.
Qeyd olunur ki, Trampın bundan əvvəl Çin əleyhinə 100%-lik rüsum tətbiq etmək vədini verməsi nəticəsində kriptovalyuta bazarı 30%-dən çox dəyər itirmişdi.
Xuraman Etibarlı
İnterpress.az






