Rusiyada kişi həbsxanada arvadını ziyarət etmək üçün zərgərlik mağazasını qarət edib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Omskda müştəri qiyafəsində olan şəxs zərgərlik mağazasında zinət əşyalarına cəhd edib və 76 min rubl (təxm. 1 643 man) dəyərində üzüklə qaçıb.
Daha sonra o, həbsdə olan həyat yoldaşı ilə görüşə getdiyi Kemerovoda saxlanılıb.
O, zinət əşyalarını lombard qoyub və qazandığı 32 min rublu səfərə xərcləyib.
Xuraman Etibarlı
İnterpress.az






