Ermənistanda məhkumlar üçün xəstəxana bağlanacaq.
İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Ermənistanda “Məhkumlar üçün xəstəxana” adlı cəzaçəkmə müəssisəsi bağlanacaq və onun əvəzinə “Armavir” cəzaçəkmə müəssisəsi yanında fəaliyyət göstərən Penitensiar Tibb Mərkəzinin tərkibində yeni şöbə açılacaq.
Yeni şöbədə həm məhkumlar, həm də həbs olunan şəxslər yerləşdiriləcək.
Psixi pozuntulardan əziyyət çəkən şəxslərin müalicəsi isə Milli Psixi Sağlamlığın Qorunması Mərkəzində təşkil olunacaq.
Xəstəxananın bağlanmasına səbəb Avropa İşgəncələrin Qarşısının Alınması Komitəsinin yekunu olub.
Komitə müəyyən edib ki, müəssisənin şəraiti beynəlxalq tibbi standartlara cavab vermir.
Xuraman Etibarlı
İnterpress.az






