Ermənistanda hərbi sığorta fonduna ödənişlər AZALDILIRbackend

Ermənistanda hərbi sığorta fonduna ödənişlər AZALDILIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda hərbi sığorta fonduna ödənişlər azaldılacaq, vəsait səhiyyəyə yönəldiləcək.

İnterpress.az xəbər verir ki, Ermənistan hökuməti vətəndaşların “Zinapa” Milli Hərbi Sığorta Fonduna etdiyi bəzi ödənişləri azaldacaq.

Bu addım sayəsində vəsaitlər tibbi sığortaya yönəldiləcək.

Baş nazir Nikol Paşinyan qərarı “ölkədə bərqərar edilmiş sülhün nəticəsi” adlandırıb.

Paşinyan bildirib ki, bu il hökumət bütün ödənişləri əvəz edəcək, gələn ildən isə azaldılmış ödənişlər vətəndaşların xərclərini kompensasiya edəcək.

Bundan əlavə, deklarasiya təqdim edərkən alınan sosial kreditlər də səhiyyə sahəsinə yönəldilə bilər.

Baş nazir qeyd edib ki, deklarasiya sistemi və hərbi fonda ödənişlər bütün sığorta xərclərini əhatə etmir — vətəndaşlara əlavə ödənişlər etmək lazım gələcək.

Xuraman Etibarlı

İnterpress.az