Ev turşularından BOTULİZM YOLUXMASI: 6 nəfər xəstəxanaya YERLƏŞDİRİLDİbackend

Ev turşularından BOTULİZM YOLUXMASI: 6 nəfər xəstəxanaya YERLƏŞDİRİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dağıstanda ev turşularından 6 nəfər ağır xəstələnib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyi məlumat yayıb.

Dağıstanın Mahaçqala şəhərində ev turşularından yayılan botulizm nəticəsində 6 nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Ölümcül təhlükə yaradan bankalar iki ailənin süfrəsinə yol tapıb.

Hazırda xəstələrin həyatı həkimlər tərəfindən qorunur, onlardan biri reanimasiya şöbəsində kritik vəziyyətdədir.

Botulizm adi evdə hazırlanmış turşulardan yoluxa bilər: bir torpaq zərrəsi bəzən kifayətdir.

Havasız bir mühitdə anaerob bakteriyalar qidada böyük miqdarda toplanan botulinum toksini istehsal etməyə başlayır.

Turşuların dadı və qoxusu dəyişməz qalır, bankanın qapağı şişmir.

Xuraman Etibarlı

İnterpress.az