Nar və qoz qarışığını müntəzəm qəbul edən insanlarda immun sistemi cəmi 28 gün ərzində cavanlaşa bilər.
İnterpress.az xəbər verir ki, bu barədə yeni araşdırmanın nəticələrində məlumat yayılıb.
Tədqiqatda bir ay ərzində bu qarışığı yeyən iştirakçılarda CD8+ T-hüceyrələrinin “gənc” formalarının sayı yüksəlib, hüceyrə tükənməsi əlamətləri isə azalıb.
Eyni zamanda immun hüceyrələrinin yağ turşularını enerji mənbəyi kimi istifadə etmə qabiliyyəti yaxşılaşıb.
Alimlər bildirirlər ki, mitoxondrilərin bu şəkildə dəstəklənməsi immun sistemini qısa müddətdə daha “cavan” edir və yaşlanma prosesini ləngidə bilər.
Xuraman Etibarlı
İnterpress.az






