Çinli həkimlər oksigen çatışmazlığının psixi pozuntulara müsbət təsirini sübut ediblər.
İnterpress.az xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb.
Tədqiqatlara əsasən, idarə olunan hipoksiya (oksigen çatışmazlığı) epizodları psixi pozğunluqların simptomlarını aradan qaldırmağa kömək edir.
Prosesin mexanizmi belə izah edilir: orqanizmdə oksigen səviyyəsi azaldıqda beyin adenozin ifraz etməyə başlayır. Bu maddə isə faktiki olaraq “təbii antidepressant” kimi təsir göstərir.
Qeyd olunur ki, bu metodika effektivliyinə görə ağır depressiyanın müalicəsində istifadə edilən ən güclü vasitələrdən biri olan ketaminlə müqayisə oluna bilər.
Xuraman Etibarlı
İnterpress.az






