UEFA Çempionlar Liqası: “Qarabağ” “Ayaks”la oyunda hesabı açıbbackend

UEFA Çempionlar Liqası: “Qarabağ” “Ayaks”la oyunda hesabı açıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun “Qarabağ” – “Ayaks” (Niderland) oyununda hesab açılıb.

İnterpress.az xəbər verir ki, matçda ilk qolu Azərbaycan təmsilçisi vurub.

10-cu dəqiqədə Kamilo Duran adını tabloya yazdırıb

21:46

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun “Qarabağ” – “Ayaks” (Niderland) oyunu start götürüb.

İnterpress.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı matçı sloveniyalı FIFA referisi Rade Obrenoviçin başçılıq etdiyi hakimlər briqadası idarə edir.

Azərbaycan klubu hazırda turnir cədvəlində 7 xalla 21-ci pillədə qərarlaşıb. Əvvəlki beş qarşılaşmanın hamısında məğlub olan qonaqlar sonuncu – 36-cıdır.