“Putinsiz münaqişənin həlli qeyri-mümkündür”backend

“Putinsiz münaqişənin həlli qeyri-mümkündür”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə 3 tərəfli görüşü keçirilə bilər.

Rusiya mediasının yaydığı məlumatlara görə, görüş iyun ayının sonlarında planlaşdırılır. Bəs bu görüş münaqişənin nizamlanması ilə bağlı aparılan danışıqlar prosesinə necə təsir göstərəcək? Bu məsələ ilə bağlı Azadinform-un suallarını cavablandıran Milli Məclisin deputatı Zahid Oruc deyib ki, baxmayaraq ki, Rusiya KİV-lərində belə xəbərlər yayılır, tam sona qədər hər 3 tərəflə razılığın əldə olunduğunu söyləmək mümkün deyil.

Deputatın fikrincə, bunu aydın şəkildə görmək mümkündür ki, Parisdə keçiriləcək görüşləri qabaqlamaq üçün hansısa plan mövcuddur: “Ancaq aprel ayındakı 4 günlük döyüşlər, onun genişlənməsinin qarşısının alınması üçün Rusiyanın rolu, eləcə də Rusiyanın hərbi və siyasi cəhətdən Qafqazda uzun tarixboyu oynadığı rol onu deməyə əsas verir ki, Putinsiz münaqişənin çözülməsi qeyri-mümkün olacaq”.

“Putinsiz münaqişənin həlli qeyri-mümkündür”

Z.Oruc qeyd edib ki, Qərb qüvvələri 4 günlük hərbi əməliyyatların gedişinə yalnız bəyanatlar vasitəsilə təsir göstərməyə çalışdılar. Və 5 apreldən başlayaraq bir neçə dəfə ABŞ dövlət katibi Con Kerrinin, sonra ABŞ-ın vitse-prezidenti Jozef Baydenin Azərbaycan və Ermənistan prezidentlərinə telefon zəngləri oldu.

Millət vəkilini sözlərinə görə, bu onun sübutu idi ki, Avropa dairələri prosesdən kənarda qalmaq istəmirlər: “Əgər 5 apreldə yalnız Putinin real təsiri ilə tanklar toplar susursa, hər 2 tərəf Rusiyanın iradəsini qəbul edirsə bu o deməkdir ki, ABŞ-ın və ya Fransanın qoşunları Qafqazda yoxdur ki, bu vasitə ilə kimsə düşünsün ki, bölgədə elə tematik vəziyyətdir ki, bir neçə beynəlxalq qrup burada real hərbi cəhətdən savaşa bilər. Məsələn Suriyadakı kimi”.

Deputat bildirib ki, Qərb təşəbbüsü ələ götürərək çalışdı ki, Vyanada müxtəlif vasitələrlə Azərbaycan və Ermənistanın diqqətini özünə cəlb etsin, ən yaxşı həll reseptinin onlarda olduğunu söyləsin: “Ancaq açıq deməliyəm ki, hətta Parisdəki görüş Rusiya planının–yəni yenilənmiş Kazan prinsiplərinin müzakirəsi ətrafında da olsa, həm Strasburqdan, həm Brüsseldən, həm Vaşinqtondan görünən mövqe bundan ibarətdir ki, Qərb Putin planını əngəlləmək üçün bütün təxribatlarını işə salmağa hazır olacaq. Bu dəqiqdir”.

“Putinsiz münaqişənin həlli qeyri-mümkündür”

Ona görə də bu 3 tərəfli görüşün reallığına və Ermənistan tərəfindən irəli sürülən iddiaların Putin vasitəsilə neytrallaşdırılacağına və Azərbaycanın mövqeyinin çox dərəcədə qəbul olunacağına inandığını deyən Z.Oruc vurğulayıb ki, hazırkı dövrdə Bakı və Moskva arasında münasibətlər bəlkə də ötən 100 ildə ən yaxşı vəziyyətinə gəlib çatıb: “Bununla bərabər Rusiyanın elitası yaxşı hesablayır ki, Azərbaycan hansısa Qərb koalisiyalarında yer alaraq anti-Rusiya blokuna qoşulmayıb. Bu regiondan həmin ölkə əleyhinə təhlükə gözlənilmir. O cümlədən, Qarabağ nə Türkiyənin, nə də Qərbin gələcəkdə hərbi bazası olmayacaq. Belə olan təqdirdə münaqişəni əvvəlki vəziyyətində saxlamaq mümkün deyil”.

Z.Oruc 3 tərəfli görüş keçirilərsə, onun reallığına və Qarabağ məsələsi üçün mühüm həll planlarının işə düşəcəyinə inandığını vurğulayıb: “Düzdür, onu da ehtimal edirəm ki, əgər Putin tərəfindən Ermənistana elə bir əmr verildiyi təqdirdə, orada siyasi situasiya bir az da gərginləşəcək və mümkündür ki, Sarksiyanı hakimiyyət devirsinlər. Məncə elə onun hazırkı dövrdə iqtidarı bundan ötrü mövcuddur. Bu görüş baş verəcəksə, əlbəttə Qərb orada özünü iştirakçı kimi göstərəcək, amma çalışacaq ki, ya Bakının ya da İrəvanın vasitəsilə Putini planını əngəlləsinlər”. (azadinforum.az)

İnterpress.az