Rusiyanın HÜCUMLARI: Kiyevdə Böyük Britaniya və AB nümayəndəlikləri ZƏDƏLƏNDİbackend

Rusiyanın HÜCUMLARI: Kiyevdə Böyük Britaniya və AB nümayəndəlikləri ZƏDƏLƏNDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın hücumları nəticəsində Kiyevdə Böyük Britaniya və AB nümayəndəlikləri zədələnib.

Interpress.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər naziri Andrey Sibiqa bildirib.

Rusiyanın gecə həyata keçirdiyi hava zərbələri nəticəsində Kiyevdə Britaniya Şurasının (British Council) ofisi zədələnib.

Nazirlik bildirir ki, binada xidmətlər yalnız əlavə bildirişə qədər dayandırılıb.

Eyni zamanda, Ukrayna Xarici İşlər naziri Sibiqaqeyd edib ki, rus zərbələri nəticəsində AB-nin Kiyevdəki binası da zədələnib və lazım olan yardım göstəriləcək.

AB-nin xarici siyasət rəhbəri Kallas isə hücumları qınayaraq X platformasındakı paylaşımında yazıb:

“Dünya sülh yolu axtararkən, Rusiya raketlərlə cavab verir. Kiyevə gecə hücumu şüurlu eskalasiya və sülh səylərinin mənasızlaşdırılması seçimidir. Rusiya öldürmələri dayandırmalı və danışıqlara başlamalıdır”.

Son məlumata görə, Kiyevə edilən hücumlar nəticəsində ölənlərin sayı 14-ə çatıb, onların arasında üç uşaq var. 29 avqust Kiyev üçün matəm günü elan olunub.

Xuraman Etibarlı

İnterpress.az