Ukrayna XİN Macarıstana XƏBƏRDARLIQ ETDİbackend

Ukrayna XİN Macarıstana XƏBƏRDARLIQ ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna XİN başçısı Budapeştə “güzgü tədbiri” ilə cavab veriləcəyini bildirib.

Interpress.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Ukrayna Xarici İşlər naziri Sibiqa macarıstanlı həmkarı Siyarto tərəfindən Ukrayna Silahlı Qüvvələrinin komandanına ölkəyə giriş qadağası qoyulmasına cavab olaraq “güzgü tədbirləri” ilə reaksiya veriləcəyini açıqlayıb.

“Peter, əgər Rusiya neft kəməri sənin üçün bu səhər Rusiyanın öldürdüyü ukraynalı uşaqlardan daha vacibdirsə, bu, mənəvi tənəzzüldür. Macarıstan tarixin yanlış tərəfindədir. Biz müvafiq cavab tədbirləri görəcəyik”, – nazir X hesabında yazıb.

Siyarto bu gün bildirib ki, Macarıstan hökuməti Ukrayna qoşunlarının neft kəməri “Drujba”ya hücumunu idarə edən komandanın ölkəyə və Şengen zonasına girişini qadağan edib.

Nazirin sözlərinə görə, Ukrayna tərəfi bu neft kəmərinin Macarıstan və Slovakiyanın enerji təhlükəsizliyi üçün həyati əhəmiyyət daşıdığını bilir.

Ukrayna mediasının məlumatına görə, söhbət Ukrayna Silahlı Qüvvələrinin pilotsuz sistemləri qüvvələrinin komandiri Robert Brovdi haqqında gedir.

Xuraman Etibarlı

İnterpress.az