Qətər və Misir İsrailə təzyiq göstərilməsinə çağırıb.
İnterpress.az xəbər verir ki, bu barədə Misirin xarici işlər naziri Abdel Atta və Qətərin baş naziri əl-Tani Misirin şimalındakı Əl-Alameyn şəhərində birgə mətbuat konfransında bildiriblər.
Qətər və Misir Qəzzada atəşkəsin əldə olunması üçün səylərini davam etdirir. Hər iki ölkə beynəlxalq ictimaiyyəti İsrailə təzyiq göstərməyə çağırıb.
Onlar qeyd ediblər ki, İsrailin atəşkəsə razılıq verməsi üçün əlavə addımlar atması gözlənilir.
Xuraman Etibarlı
İnterpress.az