ABŞ-nin rüsum tətbiq etməsindən sonra Si Cinpin Hindistanın baş naziri Narendra Modiyə məktub göndərib.
Interpress.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Çin lideri Si Cinpin ABŞ-nin tətbiq etdiyi yeni gömrük rüsumlarından sonra Hindistanın Baş naziri Narendra Modiyə məktub ünvanlayıb.
Məlumata görə, bu addım Pekinin Nyu-Dehli ilə münasibətləri yaxşılaşdırmaq cəhdi kimi qiymətləndirilir.
Qeyd olunur ki, iki ölkə arasında yaxınlaşma hələ iyun ayında, Hindistan və ABŞ arasında ticarət danışıqlarının gərginləşməsi fonunda başlayıb.
Bundan əvvəl bildirilirdi ki, Donald Tramp Modi ilə əlaqə yaratmaq üçün dörd dəfə zəng etməyə cəhd etsə də, Hindistanın baş naziri danışmaqdan yayınıb.
Xuraman Etibarlı
Interpress.az