Ukraynanın Xarici İşlər Nazirliyi Macarıstan səfirini nota təqdim etmək üçün nazirliyə çağırıb.
İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna mediası yazıb.
Ukraynanın xarici işlər naziri Andrey Sıbiga bildirib ki, bu addım Macarıstanın “qeyri-dost hərəkətləri” və Ukraynadakı macar azlığına qarşı atılan addımlarla, xüsusilə də Ukrayna Silahlı Qüvvələrinin komandanına ölkəyə girişin qadağan olunması ilə bağlıdır.
Nazir Macarıstanı bu kimi addımlardan çəkinməyə və Ukraynanın hazır olduğunu bildirdiyi konstruktiv dialoqa qoşulmağa çağırıb.
Qeyd edək ki, bu gün Macarıstanın xarici işlər naziri Peter Siyarto açıqlayıb ki, hökumət Ukrayna hərbi hissə komandirinə “Drujba” neft kəmərinə zərbəyə rəhbərlik etdiyinə görə Macarıstana və Şengen zonasına giriş qadağası qoyub.
Xuraman Etibarlı
İnterpress.az