İsrail ordusu Cənubi Livanda “Hizbullah” hədəflərini vurub.
İnterpress.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
İsrail ordusu Cənubi Livanın müxtəlif rayonlarında “Hizbullah”a məxsus obyektlərə və raket qurğusuna zərbə endirib.
Bildirilib ki, məhv edilən obyektlərin və raket qurğusunun yerləşdirilməsi İsrail və Livan arasında mövcud razılaşmaları pozurdu.
“Hücuma məruz qalan terror obyektlərinin və buraxılış qurğusunun yeri İsrail və Livan arasında razılaşmaları pozub”, – İsrail ordusunun mətbuat xidmətinin bəyanatında deyilir.
Xuraman Etibarlı
İnterpress.az