Avropa İttifaqı Rusiya səfirini Brüsseldə çağırıb.
Interpress.az xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət üzrə rəhbəri Kaya Kallas X-də məlumat verib.
O bildirib ki, Avropa İttifaqı Rusiya səfirini Brüsseldə çağırıb.
“Bu, Kiyevdəki Aİ nümayəndəliyinin binasının zədələnməsi ilə bağlıdır”, – Kallas qeyd edib.
O, nümayəndəliyin əməkdaşları ilə telefon danışığından sonra vurğulayıb: “Heç bir diplomatik missiya hədəfə çevrilməməlidir”.
Bundan əvvəl, bu gün Ukrayna Xarici İşlər Naziri Sibiga qeyd edib ki, sözügedən nümayəndəlik Rusiya tərəfindən Kiyevə edilən hücum nəticəsində zədələnib.
Xuraman Etibarlı
İnterpress.az