ABŞ və Özbəkistan ikitərəfli əlaqələri MÜZAKİRƏ ETDİbackend

ABŞ və Özbəkistan ikitərəfli əlaqələri MÜZAKİRƏ ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ və Özbəkistan ikitərəfli əlaqələrin genişləndirilməsini müzakirə edib.

Interpress.az xəbər verir ki, bu barədə özbək mediası məlumat yayıb.

Özbəkistanın xarici işlər naziri Bəxtiyor Saidov ABŞ prezidentinin qlobal tərəfdaşlıq üzrə xüsusi elçisi Rikardo Zampolli ilə görüş keçirib.

Görüşdə ikitərəfli münasibətlərin möhkəmləndirilməsi, o cümlədən innovasiyalar və biznes sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Tərəflər bildiriblər ki, xalqlar arasında yaxınlaşma üçün hələ də tam istifadə olunmayan əhəmiyyətli potensial mövcuddur.

Xuraman Etibarlı

Interpress.az