Çin mağazalarında YENİ DÖVR: İnsan kassirləri robotlar ƏVƏZ EDİR – VİDEObackend

Çin mağazalarında YENİ DÖVR: İnsan kassirləri robotlar ƏVƏZ EDİR – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çində kassirləri humanoid robotlar əvəz edir.

İnterpress.az xəbər verir ki, bu barədə “Galbot” məlumat yayıb.

Çində maraqlı bir texnoloji yenilik tətbiq olunub. “Galbot” süni intellekt mağazalarında müştərilərə artıq insanlar deyil, robotlar xidmət göstərir.

Yeni sistemə əsasən, müştərilər məhsulu seçir və ödənişi terminal vasitəsilə həyata keçirirlər, sifarişi isə birbaşa “dəmir işçi” – humanoid robot təhvil verir.

Hazırda şəbəkə yeddi şəhərdə 20 satış nöqtəsinə qədər genişlənib. Şirkət rəhbərliyi ilin sonuna qədər mağazaların sayının 100-ə çatdırılacağını vəd edir.

Xuraman Etibarlı

İnterpress.az