Neapolda banka SİLAHLI BASQIN: 20-yə yaxın insan GİROV GÖTÜRÜLDÜ – VİDEObackend

Neapolda banka SİLAHLI BASQIN: 20-yə yaxın insan GİROV GÖTÜRÜLDÜ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Neapolda silahlı şəxslər bankda girov götürüb.

İnterpress.az xəbər verir ki, bu barədə İtaliya mediası məlumat yayıb.

İtaliyanın Neapol şəhərindəki bank filiallarından birində gərgin anlar yaşanır. İki silahlı şəxs banka daxil olaraq oradakı insanları girov götürüb.

İlkin məlumatlara görə, binada 10-dan 20-yə qədər girov var.

Məlumata görə, girovların ən azı üçünün səhhətində problem yaranıb. Hücum edənlər bankın içərisində barrikada qurublar.

Hazırda hüquq-mühafizə orqanları tərəfindən onlarla danışıqlar aparılır.

Xuraman Etibarlı

İnterpress.az