Hindistanda mağaza divarı yoldan keçən qadının üzərinə uçub.
İnterpress.az xəbər verir ki, bu barədə “Times of India” məlumat yayıb.
Hindistanda dəhşətli bədbəxt hadisə baş verib. Mağazalardan birinin divarı gözlənilmədən uçaraq yoldan keçən qadının üzərinə çöküb.
Hadisə nəticəsində qadının xilas olmaq şansı olmayıb və o, yerindəcə dünyasını dəyişib. Hadisənin başvermə səbəbləri araşdırılır.
Xuraman Etibarlı
İnterpress.az






