Paşinyan müxalifəti LAĞA QOYDU: “Maaşlarını tam almaq üçün gəlirlər” – VİDEObackend

Paşinyan müxalifəti LAĞA QOYDU: “Maaşlarını tam almaq üçün gəlirlər” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nikol Paşinyan parlamentdəki görüntüdən təəccübləndiyini deyib.

İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə müşahidə etdiyi maraqlı və qəribə mənzərədən danışıb. O, müxalifət deputatlarının iclaslara yanaşmasını tənqid edib.

“Mən belə bir mənzərəni ilk dəfə gördüm, bəlkə də əvvəllər sadəcə fərqinə varmamışam. Dayanıb məruzə edirsən və birdən görürsən: o qapıdan bəzi insanlar daxil olur, əyilib keçir, nəsə bir hərəkət edir və eyni qaydada da çıxıb gedirlər. Soruşuram: nə baş verir, bu nə insan axınıdır? Neçə il deputat olmuşam, heç vaxt belə bir şey görməmişdim…

Və mənə deyirlər ki, onlar (müxalifət nəzərdə tutulur – red.) maaşlarını tam şəkildə almaq üçün qeydiyyatdan keçməyə gəlirlər”, – Paşinyan bildirib.

Xuraman Etibarlı

İnterpress.az