Çitada məktəbə bomba HƏYƏCANI: Şagird və müəllimlər TƏXLİYƏ EDİLDİ – VİDEObackend

Çitada məktəbə bomba HƏYƏCANI: Şagird və müəllimlər TƏXLİYƏ EDİLDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çitada məktəbə qoyulan saxta bombaya görə təxliyə edilib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Çita şəhərindəki 40 nömrəli məktəbdə təşviş yaşanıb. Podqorbunski küçəsində yerləşən təhsil müəssisəsinə bomba qoyulması barədə məlumat daxil olduqdan sonra şagirdlər və müəllimlər təcili şəkildə təxliyə ediliblər.

Məktəbin tualetlərindən birində taymer imitasiyası olan saxta partlayıcı qurğu aşkar edilib. Hadisə yerinə dərhal fövqəladə hallar xidməti cəlb olunub.

Yoxlamalardan sonra şagirdlərə qarderobdan şəxsi əşyalarını götürmək üçün binaya qayıtmağa icazə verilib.

Xuraman Etibarlı

İnterpress.az