Robotlar insandan daha SÜRƏTLİDİR: Qaçış yarışında REKORD – VİDEObackend

Robotlar insandan daha SÜRƏTLİDİR: Qaçış yarışında REKORD – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İldırım” adlı robot Pekində yarımarafonun qalibi olub.

İnterpress.az xəbər verir ki, bu barədə Pekin texnoloji mərkəzi məlumat yayıb.

Pekində keçirilən yarımarafonda tarixi nəticə qeydə alınıb. “İldırım” adlı android 21 kilometrlik məsafəni 50 dəqiqə 26 saniyəyə qət edərək yarışı qələbə ilə başa vurub.

Bu nəticə insanın qət etdiyi dünya rekordundan (56 dəqiqə 42 saniyə) 6 dəqiqə daha sürətlidir.

Maraqlıdır ki, yarışda iştirak edən 12 min insan arasında ən yaxşı göstərici 1 saat 7 dəqiqə 47 saniyə olub.

Yarışda ümumilikdə 300 süni intellektli maşın iştirak edib, lakin onlardan biri start anında sıradan çıxaraq yarışı yarımçıq saxlayıb.

Bu nailiyyət robotların fiziki imkanlarının insanı geridə qoyduğunu bir daha sübut edib.

Xuraman Etibarlı

İnterpress.az