18 yaşlı kuryer QULDURLUQ ETDİ: Qadının qolu QIRILDI – VİDEObackend

18 yaşlı kuryer QULDURLUQ ETDİ: Qadının qolu QIRILDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvada kuryer qadının çantasını oğurlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Moskvada elektrik velosipedində olan kuryer qadına qarşı qarət törədib.

O, yoldan keçən qadının çantasını zorla alaraq hadisə yerindən qaçıb. Hadisə zamanı qadın yıxılaraq qolunu sındırıb.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində 18 yaşlı əcnəbi vətəndaş saxlanılıb.

Oğurlanmış çanta evlərdən birinin yaxınlığında tapılsa da, quldurun içindəki pulları xərclədiyi məlum olub.

Xuraman Etibarlı

İnterpress.az