Yaponiyada güclü zəlzələdən sunami təhlükəsi elan edilib.
İnterpress.az xəbər verir ki, bu barədə Yaponiya hökuməti məlumat yayıb.
Yaponiyanın şimal-şərqində yerləşən Tohoku bölgəsinin sahillərində güclü zəlzələ baş verib.
Seysmoloqların ilkin qiymətləndirmələrinə görə, zəlzələnin maqnitudası 7,7-yə çatıb.
Yeraltı təkanlardan sonra mütəxəssislər sahil bölgələrində hündürlüyü 3 metrə qədər çata biləcək sunami təhlükəsi barədə xəbərdarlıq ediblər. Əhaliyə təhlükəsiz yerlərə keçmələri tapşırılıb.
Hesablamalara görə, əsas zəlzələdən sonra bölgədə maqnitudası 5,4-ə çatan altı afterşok qeydə alınıb.
Xuraman Etibarlı
İnterpress.az






