Korridada öküz toreadoru AĞIR YARALADI – VİDEObackend

Korridada öküz toreadoru AĞIR YARALADI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sevilyada korrida zamanı toreador ağır xəsarət alıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Onda Cero” məlumat yayıb.

İspaniyanın Sevilya şəhərində keçirilən korrida zamanı bədbəxt hadisə baş verib.

Öküz toreadoru buynuzu ilə vuraraq onu yerə yıxıb və üzərindən keçib.

Məlumata görə, Morante de la Puebla adlı toreadorun sağrı nahiyəsində 10 santimetr dərinliyində yaralanma aşkarlanıb.

Hadisə zamanı onun düz bağırsağı zədələnib. Toreador təcili olaraq xəstəxanaya yerləşdirilib.

Xuraman Etibarlı

İnterpress.az