Moskva metrosunda qatar RELSDƏN ÇIXDI: Sərnişinlər TƏXLİYƏ EDİLDİ – VİDEObackend

Moskva metrosunda qatar RELSDƏN ÇIXDI: Sərnişinlər TƏXLİYƏ EDİLDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskva metrosunun Sokolniçeskaya xəttində texniki nasazlıq səbəbindən qatar relsdən çıxıb.

İnterpress.az xəbər verir ki, bu barədə Moskva Nəqliyyat Departamenti məlumat yayıb.

Moskva metrosunun Sokolniçeskaya xəttində qatarın texniki nasazlığı səbəbindən hərəkətdə fasilə yaranıb.

Rəsmi qurumlar insidentin sərnişinlərin təhlükəsizliyinə təhdid yaratmadığını bildirsə də, operativ xidmətlərdəki mənbələr qatarın relsdən çıxdığını qeyd edib.

Hadisə ilə bağlı qatardan sərnişinlərin təxliyəsi həyata keçirilib. Sosial şəbəkələrdə qatarın nasazlıq anını əks etdirən kadrlar yayılıb.

Səlahiyyətli orqanların son məlumatına görə, Sokolniçeskaya xəttində qatarların hərəkəti tamamilə bərpa olunub.

Xuraman Etibarlı

İnterpress.az