Azərbaycan–Çexiya liderlərinin Qəbələ görüşü münasibətlərə yeni impuls verib – Tənzilə Rüstəmxanlı yazırbackend

Azərbaycan–Çexiya liderlərinin Qəbələ görüşü münasibətlərə yeni impuls verib – Tənzilə Rüstəmxanlı yazır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son dövrlərdə Azərbaycana yüksək səviyyəli səfərlərin təşkili ölkəmizinin geosiyasi və geoiqtisadi əhəmiyyətinin daha da artmasından xəbər verir. Azərbaycan regionda yeni düzən formalaşdıran dövlətdir. Bu baxımdan Çex Respublikasının Baş naziri Andrey Babişin Azərbaycana səfəri də mühüm önəm kəsb edir.

media-eb7c021b-040e-42df-a284-1fa71097a471

Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Çex Respublikasının Baş naziri Andrey Babişlə keçirilən görüşlərdə də ikitərəfli əlaqələrin inkişafı, qarşıda duran əsas vəzifələr geniş şəkildə müzaakirə edilib. Sözsüz ki, bu səfər iki ölkə arasında mövcud olan dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi və strateji tərəfdaşlığın inkişaf etdirilməsi baxımından mühüm addım kimi yüksək qiymətləndirilir.

Azərbaycan Prezidentinin bəyanatı iki ölkə arasında formalaşan çoxşaxəli tərəfdaşlığın konseptual çərçivəsini müəyyən edən siyasi sənəd xarakteri daşıyır. Bəyanatda əhatə olunan istiqamətlərin hər biri ayrıca təhlil edildikdə, əməkdaşlığın həm mövcud vəziyyəti, həm də perspektiv inkişaf xətti barədə dolğun təsəvvür yaranır.

Prezident İlham Əliyevin iki ölkənin münasibətlərinə xitabən vurğuladığı “çox fəal siyasi dialoq” ifadəsi təsadüfi deyil. Bu, Azərbaycan ilə Çexiya arasında münasibətlərin epizodik deyil, sistemli və institusional xarakter aldığını göstərir.

İlk görüşün belə “məhsuldar” kimi qiymətləndirilməsi tərəflər arasında qarşılıqlı etimadın formalaşdığını sübut edir. Bu xüsusda rəsmi səfərin özü də siyasi iradənin təzahürüdür və ikitərəfli əlaqələrin davamlı inkişaf trayektoriyasına daxil olduğunu göstərir.

İqtisadi sahəyə dair səsləndirilən fikirlər isə Azərbaycan diplomatiyasının ənənəvi yanaşmasından – enerji resursları üzərindən qurulan əməkdaşlıq modelindən daha geniş iqtisadi inteqrasiyaya keçid niyyətini açıq şəkildə nümayiş etdirir. Bütün bunlar Azərbaycan ilə Çex Respublikası arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini nümayiş etdirir.

Səfər çərçivəsində əldə olunmuş razılaşmalar və müəyyən edilmiş istiqamətlər qarşılıqlı faydalı əməkdaşlığın daha da genişlənəcəyinə, həmçinin iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmlənəcəyinə əsas verir. Ümumilikdə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Çex Respublikasının Baş naziri Andrey Babişlə görüşü və mətbuata verilən bəyanatlar Azərbaycan-Çexiya münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçdiyini təsdiqləyir.

Burada əsas xətt enerji əməkdaşlığından çıxaraq iqtisadi, sənaye, müdafiə və institusional sahələri əhatə edən çoxşaxəli tərəfdaşlıq modelinin formalaşdırılmasıdır. Azərbaycan bu münasibətlərdə yalnız resurs təminatçısı kimi deyil, regional sabitlik, enerji təhlükəsizliyi və iqtisadi əməkdaşlıq platforması yaradan aktor kimi çıxış edir. Bu isə ölkənin müasir beynəlxalq münasibətlər sistemində artan rolunun və çoxvektorlu xarici siyasət kursunun növbəti praktik təzahürüdür.