Banqkokda rusiyalı iş adamı beynəlxalq mafiyaya çirkli pulların yuyulmasında kömək etdiyi üçün saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Tailandın paytaxtı Banqkok şəhərində Rusiya vətəndaşı olan iş adamı beynəlxalq mütəşəkkil cinayətkar qruplaşma üçün çirkli pulların yuyulmasında şübhəli bilinərək saxlanılıb. Hazırda iş üzrə ümumilikdə 10 nəfər istintaq altındadır.
Məlumata görə, Novosibirskdən olan Aleksandr adlı şəxs 2015-ci ildən bəri Tailandda yaşayırmış və yerli sakinlərdən biri ilə birlikdə Pattayada “Bella Chao” adlı barın şərikli sahibi olub. İyunun 17-də o, yerli polis tərəfindən saxlanılıb.
İstintaqın ilkin ehtimallarına görə, mafiya həmin bar vasitəsilə qanunsuz yollarla əldə olunmuş vəsaitləri yuyurmuş, rusiyalı iş adamı ise hər pul köçürməsindən özü üçün xüsusi komissiya alırmış.
Əməliyyat zamanı ümumilikdə 10 nəfər nəzarətə götürülüb. Onlardan yeddisi taylandlı, digərləri isə bir amerikalı, bir çinli və bir rusiyalıdır. Həmçinin cinayət işində pul vəsaitlərini öz şəxsi bank kartına qəbul edən Dmitri adlı digər Rusiya vətəndaşının da adı keçir.
Şübhəli şəxslər çirkli pulların yuyulması ilə yanaşı, həmçinin oğurluq, cinayət əlaqəsi və kiberməkan vasitəsilə məlumatların sındırılmasında ittiham olunurlar. Dəymiş ümumi ziyanın həcmi 15 milyon rubl (təxminən 345 660 manat) (7 milyon bat) təşkil edir.
İddialara görə, iş adamının müdafiəsi üçün vəkil xidməti ona əlavə olaraq daha 7 milyon rubla (təxminən 161 308 manat) başa gələ bilər.
Saxlanılan şəxsin (mətndə həmçinin Sergey kimi qeyd olunur) Rusiyada azyaşlı övladının qaldığı bildirilir.
Xuraman Etibarlı
İnterpress.az






