Tanınmış aktrisa ziplaynda köməksiz vəziyyətdə QALDI – FOTO/VİDEObackend

Tanınmış aktrisa ziplaynda köməksiz vəziyyətdə QALDI – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aktrisa Yuliya Frants Soçidə ziplaynda gəzinti zamanı güclü leysan səbəbindən havada köməksiz vəziyyətdə qalıb.

İnterpress.az xəbər verir ki, hadisə Soçidə yerləşən “Skypark” əyləncə parkında baş verib.

Rusiyalı aktrisa Yuliya Frants və digər turistlər ziplaynla hərəkət edərkən güclü yağış başlayıb və onlar təxminən 330 metr hündürlükdə ilişib qalıblar.

Hadisə yerinə operativ şəkildə xilasedici cəlb olunub. O, xüsusi troslar və avadanlıqlar vasitəsilə turistləri təhlükəsiz şəkildə aşağı endirib.

Yuliya Frants “Qızıl dib” (“Zolotoye dno”) serialında baş qəhrəmanlardan birinin həyat yoldaşı Zinaida obrazını canlandırması ilə tanınır. O, həmçinin “Univer. Gənclər” və “Metod” seriallarında da rol alıb.

Xuraman Etibarlı

İnterpress.az