Kömək istəsə də, heç kim İNANMADI: Kişi ÖLÜ TAPILDI – VİDEObackend

Kömək istəsə də, heç kim İNANMADI: Kişi ÖLÜ TAPILDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ussuriyskdə günlərlə yoldan keçənlərdən kömək istəyən kişi sonradan meşədə ölü tapılıb.

İnterpress.az xəbər verir ki, hadisə Rusiyanın Ussuriysk şəhərində baş verib.

Məlumata görə, kişi iyunun sonlarında yalnız alt paltarında evdən çıxıb və bir daha geri qayıtmayıb.

Yaxınlarının sözlərinə görə, o, itkin düşəndən sonra şəhər küçələrində dolaşaraq yoldan keçənlərdən telefonla zəng etməyə kömək istəsə də, qeyri-adi görünüşünə görə insanlar ona etibar etməyib və kömək göstərməyiblər.

Bu gün kişinin meyiti şəhər yaxınlığındakı meşəlik ərazidə aşkar edilib. İlkin məlumata əsasən, bədənində zorakılıq əlamətləri aşkarlanmayıb.

Hadisənin başvermə səbəbləri və kişinin ölüm şəraiti hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Xuraman Etibarlı

İnterpress.az