7 oktyabr hücumunda iştirak edən HƏMAS komandiri MƏHV EDİLDİ – VİDEObackend

7 oktyabr hücumunda iştirak edən HƏMAS komandiri MƏHV EDİLDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail ordusu Qəzza zolağında HƏMAS-ın Nuрba xüsusi təyinatlı bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb.

İnterpress.az xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin (IDF) yaydığı məlumata görə, Hərbi Hava Qüvvələri Qəzza zolağının cənubunda keçirilən dəqiq hava zərbəsi nəticəsində HƏMAS-ın Nuxba xüsusi təyinatlı bölməsinin hüceyrə komandiri Əbdürrəhman Əbu Taymanı zərərsizləşdirib.

İsrail ordusunun iddiasına əsasən, Əbu Tayma 2023-cü il oktyabrın 7-də HƏMAS silahlılarının İsrailin cənubundakı Nirim kibutsuna hücumunda iştirak edib.

Bildirilib ki, o, son aylarda İsrail hərbçilərinə qarşı yeni hücumların planlaşdırılması ilə yanaşı, rəhbərlik etdiyi bölmənin döyüş hazırlığının qorunması və təşkilata yeni silahlıların cəlb edilməsi ilə də məşğul olub.

HƏMAS tərəfindən isə hələlik bu açıqlama ilə bağlı rəsmi şərh verilməyib.

Xuraman Etibarlı

İnterpress.az