Xbox əfsanəvi “id Software” studiyasının mütəxəssislərinin 75 faizini işdən çıxarıb.
İnterpress.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.
“Xbox” şirkəti əfsanəvi “id Software” oyun studiyasının 185 əməkdaşından 136-sını işdən kənarlaşdırıb. Bu, studiyanın yaradıcı heyətinin təxminən 75 faizinin işsiz qalması deməkdir.
İxtisar edilən tərtibatçıların əksəriyyətinin studiyanın özünəməxsus fərdi oyun mühərriki üzərində çalışan mütəxəssislər olduğu bildirilir.
Ekspertlərin fikrincə, bu genişmiqyaslı ixtisar faktiki olaraq studiyanın fəaliyyətinin sonu mənasına gəlir.
Ən vacib texnoloji kadrların belə kütləvi şəkildə itirilməsindən sonra yaxın gələcəkdə yeni “DOOM” və ya “Quake” oyunlarının hazırlanmasını gözləməyə dəyməz.
Xuraman Etibarlı
İnterpress.az






