İrəvanda rusiyalı turist qadın erməniləri ağır təhqir edib.
İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Ermənistanın paytaxtı İrəvanda keçirilən ənənəvi “Vardavar” su bayramı zamanı rusiyalı qadınla yerli sakinlər arasında qalmaqal yaşanıb. Nadejda adlı gənc qadın küçədə üzərinə su töküldükdən sonra çəkdiyi videolarda erməniləri ağır şəkildə təhqir edib.
Onun sözlərinə görə, su tökülməsi nəticəsində bahalı çantası və ayaqqabısı yararsız hala düşüb.
İnsanlardan ona toxunmamağı xahiş etdiyini, lakin bu müraciətlərin qulaqardına vurulduğunu deyən qadın hiddətlənərək erməniləri “donuz xalqı” adlandırıb.
O, “Vardavar” bayramını “mədəniyyətsizlik” və “qonaqlara qarşı aqressiya” kimi xarakterizə edib.
Rusiyalı qadının qeyri-etik ifadələrlə zəngin bu təhqiredici çıxışları sosial şəbəkələrdə geniş yayılaraq yerli istifadəçilərin sərt tənqid və qınağına səbəb olub.
Xuraman Etibarlı
İnterpress.аz






