Faciəvi ÖLÜM: Elektrik dirəyində başıaşağı asılı qalan gənc ALOVLARA BÜRÜNDÜ – VİDEObackend

Faciəvi ÖLÜM: Elektrik dirəyində başıaşağı asılı qalan gənc ALOVLARA BÜRÜNDÜ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanda elektrik cərəyanı vuran kişi yanaraq dünyasını dəyişib.

İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Hindistanda dəhşətli bədbəxt hadisə baş verib. Yüksək gərginlikli elektrik dirəyinə dırmaşan şəxs güclü cərəyan vurması nəticəsində qəfil alovlanaraq yanıb.

Şahidlər həmin şəxsin dirəkdən başıaşağı asılı vəziyyətdə alovlar içində qalmasını lentə alıblar.

Ətrafdakı insanlar elektrik təhlükəsi səbəbindən zərərçəkənə dərhal kömək edə bilməyiblər. O, dirəkdən çox gec düşürülüb və artıq ölümcül yanıq xəsarətləri alıb.

Hadisə yerinə gələn tibb işçiləri gəncin həyatını xilas edə bilməyiblər, o, aldığı ağır yanıqlardan yerindəcə dünyasını dəyişib.

Faktla bağlı yerli polis araşdırmalara başlayıb.

Xuraman Etibarlı

İnterpress.аz