Zibil borusunda ilişib qalan şəxsi xilasedicilər ÇIXARDI – FOTObackend

Zibil borusunda ilişib qalan şəxsi xilasedicilər ÇIXARDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nijni Novqorodda zibil borusunda sıxışıb qalan şəxsi xilasedicilər çıxarıblar.

İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Rusiyanın Nijni Novqorod şəhərində qeyri-adi hadisə qeydə alınıb. Yaşayış binasının zibil borusunda sıxışıb qalan şəxs uzun müddət köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə gələn xilasedicilər onu çıxarmaq üçün binanın girişindəki beton borunu kəsərək açmalı olublar. Yalnız bundan sonra boruda sıxışıb qalan şəxsi sağ-salamat xilas etmək mümkün olub.

Xilas edilən şəxs zibil borusuna hansı məqsədlə girdiyini və orada necə sıxışıb qaldığını xilasedicilərə və asayiş keşikçilərinə açıqlamaqdan qəti şəkildə imtina edib.

Xuraman Etibarlı

İnterpress.аz