Hindistanda gənc oğlan ayrıldığı sevgilisini avtobusdan düşürərək insanların gözü qarşısında qətlə yetirib.
İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Hindistanda dəhşətli və qəddar qətl hadisəsi qeydə alınıb. Gənc oğlan onu tərk edən keçmiş sevgilisini avtobusdan zorla düşürərək insanların gözü qarşısında amansızlıqla qətlə yetirib.
Məlumata görə, Lavanya adlı gənc qız işdən evə qayıdarkən rədd edilmiş keçmiş sevgilisi onu avtobusdan dartıb çıxararaq insanların sıx olduğu dayanacağa aparıb.
Orada qızın bədəninə maçete ilə çoxsaylı ağır zərbələr endirib. Çoxlu qan itirən qız hadisə yerindəcə dünyasını dəyişib, qatil isə qaçmağa nail olub.
Hadisədən sonra hadisə yerindən qaçan qatilin şəxsiyyəti müəyyən edilib və onun tapılması üçün yerli polis tərəfindən genişmiqyaslı axtarış tədbirləri başladılıb.
Faktla bağlı qəsdən adamöldürmə maddəsi ilə cinayət işi açılıb.

Xuraman Etibarlı
İnterpress.аz






