Yağış altında nəqliyyat vasitəsi yuyan 10 yaşlı uşağı elektrik cərəyanı VURDUbackend

Yağış altında nəqliyyat vasitəsi yuyan 10 yaşlı uşağı elektrik cərəyanı VURDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada yağış altında qalan 10 yaşlı uşağı elektrik cərəyanı vuraraq öldürüb.

İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Rusiyanın Krasnoyarsk diyarında azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. Evlərinin həyətində yüksək təzyiqli yuma aparatı ilə kvadrosiklini yuyan 10 yaşlı məktəblini elektrik cərəyanı vuraraq öldürüb.

Məlumata görə, uşaq yuma aparatının elektrik naqilini həyətdə kustar üsulla düzəldilmiş uzadıcıya qoşub. Yağış yağmağa başlayanda o, naqili elektrik yuvasından çıxarmaq istəyib və bu zaman onu güclü elektrik cərəyanı vurub.

Hadisə yerinə çağırılan tibb işçilərinin azyaşlını reanimasiya etmək cəhdləri heç bir nəticə verməyib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən cinayət işi başlanılıb və zəruri araşdırmalar aparılır.

Xuraman Etibarlı

İnterpress.аz