Alimlər sübut ediblər ki, yemək zamanı su içmək piylənməyə səbəb olur.
İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
ABŞ-nin Kornell Universitetinin alimləri yemək zamanı su və ya digər içkilərin qəbul edilməsinin piylənməyə yol açdığını sübut ediblər.
Tədqiqatlara görə, su ilə birlikdə insanlar normadan daha çox qida qəbul edirlər və hər əlavə qurtum bədənə əlavə kalorilər qazandırır.
Sınaqlar göstərib ki, qəbul edilən hər 100 qram suya və ya içkiyə görə insanlar 39 qram daha çox qida qəbul edir və bu da təxminən 49 əlavə kalori deməkdir.
Mütəxəssislərin fikrincə, maye qidanın təbii quruluğunu aradan qaldıraraq onun mədəyə daha sürətlə keçməsinə şərait yaradır.
Qidanın quru olması isə insanı onu daha yavaş çeynəməyə və daha az yeməyə məcbur edir.
Eyni araşdırmada o da sübut olunub ki, yeməyi yüngülcə acı etmək insanın daha tez doymasına və az yeməsinə kömək edir.
Buna görə də, arıqlamaq istəyənlərə yemək zamanı maye qəbul etməmək və rasiona faydalı acı ədviyyatlar əlavə etmək tövsiyə olunur.
Xuraman Etibarlı
İnterpress.аz






