Canlı yayımda itinə qışqıran avstraliyalı siyasətçi HƏDƏFƏ ÇEVRİLDİ – VİDEObackend

Canlı yayımda itinə qışqıran avstraliyalı siyasətçi HƏDƏFƏ ÇEVRİLDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avstraliyalı siyasətçi canlı yayımda itinə qışqırdığı üçün sosial şəbəkələrdə kəskin tənqid olunub.

İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Avstraliyalı siyasətçilərdən biri canlı efir zamanı öz itinə qışqırdığı üçün sosial şəbəkələrdə böyük narazılığa və qınağa səbəb olub.

Tamaşaçıların bir qismi siyasətçini ev heyvanına qarşı qəddar rəftarda ittiham ediblər.

Həmin vaxt siyasətçidən müsahibə alan teleaparıcı isə onun müdafiəsinə qalxıb.

Aparıcı bildirib ki, yaranmış bu kəskin qalmaqal siyasətçinin real hərəkətlərindən daha çox, müasir cəmiyyətdəki “ictimai qəzəb mədəniyyətini” (ictimai qınaq) əks etdirir.

Hadisə canlı yayımda siyasətçinin danışığı zamanı ev heyvanının ona mane olması səbəbindən baş verib.

Hazırda bu mövzu internet məkanında ən çox müzakirə olunan xəbərlərdən biridir.

Xuraman Etibarlı

İnterpress.аz