Müalicə əvəzinə AĞIR FƏSAD: Qadının dabanında 10 iynə qırığı TAPILDI – FOTObackend

Müalicə əvəzinə AĞIR FƏSAD: Qadının dabanında 10 iynə qırığı TAPILDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada akupunktur mütəxəssisi qadının ayağında 10-dan çox iynə qırığı unudub.

İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Rusiyanın Krasnoyarsk şəhərində təhlükəli tibbi fəsad hadisəsi qeydə alınıb. Ayağındakı kəskin ağrılara görə məşhur akupunktur (iynəbatırma) mütəxəssisinə müraciət edən qadının ayaq dabanında ən azı 10 iynə qırığı qalıb.

Məlumata görə, ilk seansdan dərhal sonra qadının vəziyyəti kəskin pisləşib və o, demək olar ki, ayağını yerə basa bilməyib.

Xəstəxanada keçirilən rentgen müayinəsi zamanı onun daban sümüyü nahiyəsində sıxışıb qalmış çoxsaylı iynə qırıqları aşkarlanıb.

İynə qırıqlarının olduqca kiçik olması səbəbindən onları yalnız mürəkkəb cərrahi əməliyyat vasitəsilə çıxarmaq mümkündür.

Hazırda pasiyentə güclü antibiotiklər və iltihabəleyhinə preparatlar təyin edilib, lakin vəziyyəti daha da ağırlaşarsa, təcili cərrahi müdaxilə həyata keçiriləcək.

Xuraman Etibarlı

İnterpress.аz