Məşhur bloqer, keçmiş peşəkar kikboksçu və sahibkar Endryu Teyt barəsində 10 ömürlük həbs ittihamı irəli sürülüb.
İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Dünyanın ən məşhur və qalmaqallı internet simalarından biri olan Endryu Teytə qarşı ümumilikdə 42 fərqli ağır ittiham irəli sürülüb.
Bu ittihamlar sırasına 10 zorlama, fiziki zərər yetirməklə 7 hücum, insan alveri ilə bağlı 5 hüquq pozuntusu və uşaq pornoqrafiyası ilə əlaqədar 19 ittiham daxildir.
Teytə qarşı irəli sürülən maddələrdən 10-u qanunvericiliklə ömürlük həbs cəzası nəzərdə tutur.
İyulun 27-də ABŞ məhkəməsinin rəsmi iclası keçiriləcək. Məhkəmə çərçivəsində Teytin Böyük Britaniyaya ekstradisiya edilib-edilməyəcəyi barədə yekun qərar qəbul olunacaq.
Endryu Teytin vəkili ABŞ Prezidenti Donald Trampa müraciət edərək, bu ekstradisiya qərarını bloklamağa və prosesin qarşısını almağa çağırıb.
Xuraman Etibarlı
İnterpress.аz






