Polislərdən qaçan sürücü 30 metrlik körpüdən gölə TULLANDI – VİDEObackend

Polislərdən qaçan sürücü 30 metrlik körpüdən gölə TULLANDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-də polislərdən qaçan sürücü 30 metr hündürlükdəki körpüdən gölə tullanıb.

İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

ABŞ-də polislərin təqibindən avtomobillə qaçmağa çalışan sürücü gözlənilməz və təhlükəli üsula əl atıb. O, avtomobilini saxlayaraq 30 metr hündürlükdə yerləşən körpüdən birbaşa gölə tullanıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları bunun qaçış tarixində “mütləq şəkildə ilk belə hadisə” olduğunu qeyd ediblər.

Asayiş keşikçiləri gecə vaxtı bu cür böyük hündürlükdən suya tullanan cinayətkarın möcüzə nəticəsində sağ qaldığını bildiriblər.

Hadisədən dərhal sonra sudan çıxarılan sürücü nəzarətə götürülüb. Onun həyatı üçün hər hansı bir təhlükənin olmadığı və törətdiyi qanun pozuntularına görə barəsində geniş istintaq araşdırmasının başlandığı bildirilir.

Xuraman Etibarlı

İnterpress.аz