İordaniyada həbsdən çıxan şəxs bayram atəşi açarkən səhvən qardaşını öldürüb.
İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
İordaniyada cəzasını başa vuraraq həbsxanadan yenicə azadlığa buraxılan şəxs evə qayıdan kimi böyük faciəyə səbəb olub. O, azadlığa çıxmasını havaya bayram atəşi açmaqla qeyd etmək qərarına gəlib.
Lakin həyəcanlı atəşfəşanlıq zamanı silahdan çıxan təsadüfi güllələrdən biri onun yaxınlıqda dayanan doğma qardaşının birbaşa başına dəyib.
Ağır güllə yarası alan qardaş hadisə yerindəcə keçinib.
Hadisədən dərhal sonra qəzanı törədən şəxs asayiş keşikçiləri tərəfindən saxlanılıb.
Azadlığa çıxmasının sevincini yaşayan iordaniyalı ehtiyatsızlıqdan adam öldürmə ittihamı ilə yenidən dəmir barmaqlıqlar arxasına qayıtmalı olacaq.
Xuraman Etibarlı
İnterpress.аz






