DÇ-2026 finalı ilə bağlı PETİSİYA: Oyunun yenidən keçirilməsi TƏLƏB OLUNUR – FOTObackend

DÇ-2026 finalı ilə bağlı PETİSİYA: Oyunun yenidən keçirilməsi TƏLƏB OLUNUR – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Argentina azarkeşləri DÇ-2026-nın final oyununun yenidən keçirilməsini tələb edirlər.

İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Argentina milli komandasının azarkeşləri futbol üzrə 2026-cı il dünya çempionatının (DÇ-2026) final qarşılaşmasının yenidən keçirilməsini tələb edirlər.

Onların fikrincə, final matçının baş hakimi tərəfkeşlik edərək İspaniya millisinin qələbə qazanmasına birbaşa şərait yaradıb.

Narazı Argentina tərəfdarları final oyununun yenidən təşkil olunması məqsədilə internetdə xüsusi petisiya başladışıblar.

Artıq həmin petisiyanı qısa müddət ərzində 35 mindən çox insan rəsmən imzalayıb.

Azarkeşlər oyun zamanı hakimin bir neçə mühüm epizodda ədalətsiz qərarlar verdiyini və bu qərarların matçın taleyini İspaniyanın xeyrinə dəyişdiyini iddia edirlər.

Sosial şəbəkələrdə sözügedən qarşılaşmanın hakim idarəçiliyi ilə bağlı geniş müzakirələr hələ də davam edir.

Xuraman Etibarlı

İnterpress.аz