Nəfəs almaqda çətinlik çəkən ahıl qadının bədənindən 18 kq-lıq ŞİŞ ÇIXARILDIbackend

Nəfəs almaqda çətinlik çəkən ahıl qadının bədənindən 18 kq-lıq ŞİŞ ÇIXARILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sankt-Peterburqda qadının bədənindən 18 kiloqramdan ağır bədxassəli şiş çıxarılıb.

İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Sankt-Peterburqda həkimlər nadir və olduqca mürəkkəb cərrahiyyə əməliyyatına imza atıblar. Şəhər Səhiyyə Komitəsinin verdiyi məlumata görə, 72 yaşlı qadının bədənindən çəkisi 18 kiloqramdan çox olan nəhəng bədxassəli şiş uğurla çıxarılıb.

Məlumata görə, nəfəs almaqda və qidalanmaqda kəskin çətinlik çəkən ahıl qadın təcili olaraq Mariinski xəstəxanasına yerləşdirilib.

Həkimlər müayinə zamanı onun daxili orqanlarına, xüsusilə bağırsağına qədər sirayət edib böyümüş nəhəng bədxassəli şiş aşkarlayıblar və təxirəsalınmaz əməliyyat qərarı veriblər.

Uğurlu keçən cərrahiyyə əməliyyatından sonra pasiyentin ümumi vəziyyətinin stabil olduğu bildirilir.

Həkimlər qadının tezliklə tam sağalaraq öz normal gündəlik həyat tərzinə qayıda biləcəyini qeyd ediblər.

Xuraman Etibarlı

İnterpress.аz